Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qarabağ”ın sabiq futbolçusu Kamilo Duran Şotlandiya Premyer Liqasında ikinci matçına çıxıb.
Fanat.Az xəbər verir ki, "Seltik" 2-ci turda səfərdə “Kilmarnok”la qarşılaşıb və 5:1 hesablı qələbə qazanıb.
Kolumbiyalı vinger görüşə əsas heyətdə başlayıb. O, 64-cü dəqiqədə Sebastian Tunektinlə əvəzlənib. Görüş boyunca fəal iştirakı ilə diqqəti üzərinə çəkib. O, het-trik edən Kasper Höqün vurduğu 3-cü qolda məhsuldar ötürmə edib.
Bu qələbədən sonra “Seltik”in 6 xalı var və turnir cədvəlinə liderlik edir.
Əlisahib İbrahimli