Kamilo Duranın komandası ÇL lə vidalaşdı Gecənin nəticələri

26.08.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Kamilo Duranın komandası ÇL-lə vidalaşdı - Gecənin nəticələri

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyunlarına start verilib.

QOL.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. Azərbaycan təmsilçisi “Sabah” Bakıda İsrailin “Hapoel” (Beer-Şeva) klubunu qəbul edib. Bu komandalar arasında ilk görüşdə “Hapoel” 2:1 hesabı ilə qalib gəlmişdi. Cavab matçında isə "Sabah" 5:2 hesablı qələbə qazanaraq tarixində ilk dəfə Liqa mərhələsinə vəsiqə əldə edib.

Avstriya LASK-ı evdə “Seltik”lə qarşılaşıb. Bu yay "Qarabağ"dan "Seltik"ə keçən Kamilo Duranın dubl etdiyi ilk oyunda Şotlandiya klubu 3:0 hesablı qələbə qazanmışdı. Cavab matçının əsas vaxtı LASK-ın 4:1 hesablı üstünlüyü ilə bitib. Əlavə vaxtda isə LASK daha 1 qol vuraraq "Seltik"i mübarizədən kənarlaşdırıb. Kamilo Duran da bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. 

“Budo-Qlimt” isə “Neymegen”i ilk matçda olduğu kimi cavab oyununda da məğlub edib və növbəti mərhələyə yüksəlib. 

25 avqust

20:45. “Sabah” (Azərbaycan) – “Hapoel” (Beer-Şeva, İsrail) - 5:2

Qollar: Zlatinoviç, 11 (0:1), Kristian Nvaçukvu, 38 (1:1), Mizrahi, 61 (1:2), Umarali Raxmonəliyev, 74 (2:2), Tellur Mütəllimov, 90+4 (3:2), Mbina, 101 (4:2), Coy Lens Mikels, 115 (5:2)
İlk oyun – 1:2

23:00. LASK (Avstriya) – “Seltik” (Şotlandiya) - 5:1

Qollar: Usar, 32, Lyubiçiç, 48, Adeniran, 58, 109, Flekker, 90 - Makqreqor, 21
İlk oyun – 0:3

23:00. “Budo-Qlimt” (Norveç) – “Neymegen” (Niderland) - 3:0

Qollar: Byorkan, 45+2, Auklend, 45+6, Fonfill, 73-avtoqol
İlk oyun – 3:1

26 avqust

23:00. AEK (Yunanıstan) – “Levski” (Bolqarıstan)
İlk oyun – 0:0

23:00. “Vikinq” (Norveç) – “Dinamo” Zaqreb (Xorvatiya)
İlk oyun – 2:2

23:00. “Tselye” (Sloveniya) – “Slovan” Bratislava (Slovakiya)
İlk oyun – 1:1

23:00. “Lion” (Fransa) – “Fənərbaxça” (Türkiyə)
İlk oyun – 1:1

Qeyd edək ki, cütlərin qalibləri Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacaqlar. Məğlub olan komandalar isə Avropa Liqasının əsas mərhələsində çıxış edəcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью