Kamilo Duranın sabiq komanda yoldaşı “Qarabağ”da oynayacaq

12.06.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Növbəti mövsüm hazırlıqlarını davam etdirən “Qarabağ” heyətinə Portuqaliyadan daha bir futbolçu qatacaq.
Bizim.Media Futbolinfo.az saytına istinadən xəbər verir ki, bu, “Portominense” klubunun yarımmüdafiəçisi Samuel Qomeş Lobatodur.
24 yaşlı portuqaliyalı oyunçu ilə bütün məsələlərdə razılıq əldə olunub. Onunla danışıqlar artıq son mərhələdədir. Futbolçunun yaxın günlərdə ölkəmizə gələcəyi bildirilir.
 

Qeyd edək ki, Samuel Lobato “Qarabağ”ın kolumbiyalı hücumçusu Kamilo Duranla eyni vaxtda “Portominense”də oynayıb.


Futbolçunun hazırda “Portominense” ilə müqaviləsi davam edir. “Transfermarket”in qiymətləndirməsinə görə onun dəyəri 300 min avrodur.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью