“Kamp Nou” “Uembli”ni qabaqlayır UEFA bu gün qərar verəcək

15.09.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA bu gün 2029-cu il futbol üzrə Çempionlar Liqasının final matçının keçiriləcəyi stadionu müəyyənləşdirəcək.

İdman.Biz xəbər verir ki, həlledici qarşılaşmaya ev sahibliyi etmək üçün İspaniyanın “Barselona” futbol komandasının “Spotify Kamp Nou” stadionu ilə İngiltərədəki “Uembli” arenası mübarizə aparır.

İspaniya mətbuatının məlumatına görə, yenidən qurulan “Kamp Nou” hazırda favorit hesab olunur. Arenanın tutumunun təxminən 105 min nəfərə çatacağı gözlənilir.

UEFA İcraiyyə Komitəsinin qərarı bu gün Yunanıstanın Saloniki şəhərində keçirilən iclasda açıqlanacaq. İclasın gündəliyinə 2028 və 2029-cu illərin Çempionlar Liqası finallarının ev sahiblərinin seçilməsi də daxildir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью