“Kamp Nou”da faciə 54 yaşlı kişi hündürlükdən yıxılıb öldü

24.07.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

“Kamp Nou” stadionunun təmir işləri zamanı 54 yaşlı fəhlə həlak olub.

İdman.Biz bu barədə AS-a istinadən bildirir.

Tikintidə minlərlə işçinin iştirak etməsinə baxmayaraq, bu, 2023-cü ilin iyun ayında yenidənqurma işlərinə başlanandan bəri ilk ölüm hadisəsidir. Kataloniya polisinin (Mossos d'Esquadra) məlumatına görə, 54 yaşlı kişi stadionda işləyərkən hündürlükdən yıxılıb. Hadisə yerinə təcili tibbi yardım gəlib, lakin onun həyatını xilas edə bilməyiblər.

“Barselona” prezidenti Joan Laporta daha əvvəl təmir olunmuş stadionun tikintisinin 2028-ci ildə başa çatacağını açıqlamışdı.

“Kamp Nou”da təmir işləri 2023-cü ilin iyun ayından başlayıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью