“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı

16.11.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı

“Barselona” “Kamp Nou” stadionunun yenidən qurulması işlərini 2028-ci ildə tamamlamağı planlaşdırır.

QOL.az xəbər verir ki, “Mundo Deportivo”nun məlumatına görə, Kataloniya klubu Türkiyənin “Limak” şirkəti ilə layihənin yekunlaşdırılması barədə razılığa gəlib. İnvestorlar da razılaşmanı təsdiqləyib və tikinti işləri üçün əlavə 300 milyon avro vəsait ayrılıb.

İşlərin cari mövsüm başa çatdıqdan sonra başlanması və 2027/2028 mövsümünün ikinci yarısında yekunlaşması gözlənilir. Layihənin son mərhələsində stadionun üzərində dam örtüyü quraşdırılacaq.

Qeyd edək ki, yenilənmiş arenada mağaza, muzey və VİP zonalar da fəaliyyət göstərəcək. “Kamp Nou”nun 2028/2029 mövsümündə Çempionlar Liqasının finalına ev sahibliyi etməsi planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью