Kamran Əliyev Ankarada Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşüb, qarşılıqlı hüquqi dəstək imkanları müzakirə edilib

22.07.2025

Icma.az, Operativ MM saytına istinadən bildirir.

Ankarada rəsmi səfərdə olan Azərbaycan Baş prokuroru Kamran Əliyev və onu müşayiət edən nümayəndə heyəti Türkiyə Respublikası Ali Apellyasiya Məhkəməsinin sədri Ömer Kerkezlə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud məhkəmə əməkdaşlığının inkişafı, təcrübə mübadiləsi və qarşılıqlı hüquqi dəstək imkanları müzakirə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью