Kamran Əliyev bu rayonların prokurorları ilə bağlı əmr imzaladı

20.10.2026

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Baş Prokuror Kamran Əliyev Nizami və Binəqədi rayonunun prokurorlarını dəyişib, o cümlədən Şirvan şəhərinə prokuror təyin edib.

Bu barədə "AzPolitika"ya Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

Digər əmrlə Binəqədi rayon prokuroru Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq Nizami rayon prokuroru vəzifəsinə təyin edilib.

Baş prokurorun digər əmri ilə Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью