Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın Hərbi Prokurorluğunda kadr dəyişikliyi olub.
BAKU.WS teleqraf-a istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, İsgəndərov Kamran Əlihəsən oğlu Respublika Hərbi Prokurorluğunun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsindən azad edilib.
Digər əmrlə, həmin vəzifəyə Mirzəyev Abuzər Surəddin oğlu təyin olunub.
Xatırladaq ki, 2005-ci ildən Azərbaycanın Hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib.
Prezident İlham Əliyevin mayın 13-də imzaladığı sərəncamla, Bəhruz Əhmədov Baş prokurorun müavini-Hərbi prokuror təyin edilib.