Kamran Əliyev İstintaq İdarəsinin rəisinə yeni müavin təyin etdi

02.02.2026

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Baş Prokurorluğun İstintaq İdarəsinin rəisinə yeni müavin təyin edilib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə müşaviri Anar Mirkişiyev İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun müavini vəzifəsinə təsdiqlənib.

Qeyd edək ki, A.Mirkişiyevin təyin edildiyi vəzifəni daha əvvəl Qasım Məmmədov tutub. Q.Məmmədov ötən ilin sentyabr ayından respublika hərbi prokurorunun müavinidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью