Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Prokurorluğun binalarında ədalətli və düzgün qərarlar verilməlidir. Burada insan faktoru əsasdır".
Oxu.Az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev aprelin 18-də Pirallahı Rayon Prokurorluğunun yeni inzibati binasının açılış mərasimində deyib.
O bildirib ki, binalarda istintaq düzgün aparılmalıdır, çünki vətəndaş məmnunluğu əsasdır:
"Prokurorluq dövlətin mənafeyini qoruyan, ictimai maraqları qoruyan qurumdur. Qanunsuzluq, qanunsuzluğa aid hər bir halı prokurorlar bilməlidirlər, onu araşdırmalıdırlar".
Mərahim Nəsib