Kamran Əliyevdən növbəti TƏYİNATLAR

19.06.2025

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Baş Prokurorluqda kadr dəyişikliyi olub.

Redaktor.az-ın məlumatına görə, bu barədə baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Natiq Abdullayev vəzifəsindən azad edilib.

Digər əmrlə Natiq Abdullayev Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsiə təyinat alıb.

Digər əmrlə Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi Ceyhun Kazımov vəzifəsindən azad edilərək, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью