Kamran Əliyevə səs verməyən deputatın kimliyi bilindi

01.05.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin mayın 1-də keçirilən iclasında Kamran Əliyevin yenidən Baş prokuror təyin olunması məsələsi müzakirə olunub.

Müzakirələrdən sonra məsələ səsə qoyulub. Deputatlardan 111 nəfər K.Əliyevin yenidən Baş prokuror təyin olunmasının lehinə səs verib. Əleyhinə olmayıb. Bir deputat bitərəf qalıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, səsvermədə bitərəf qalan deputat REAL Partiyasını parlamentdə təmsil edən Erkin Qədirlidir.

E.Qədirli bunu təsdiqləyib. Lakin səbəbləri barədə danışmaq istəməyib.

Qeyd edək ki, ölkə Konstitusiyasının 133-cü maddəsinə görə, Baş prokuroru Prezident Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью