Yenicag portalından verilən məlumata əsasən, Icma.az bildirir. “Təhsil dünyanı xilas edəcək yeganə vasitədir”.
Bunu Yenicag.az-a videomüsahibəsində təhsil eksperti Kamran Əsədov deyib.
“Yaxın gələcəkdə ali və orta təhsil müəssisələrində ciddi şəkildə ixtisaslarda dəyişikliklər olacaq.
Əlbəttə, biz dünyanı xilas etmək istəyirik, amma dünyanı xilas etmək təkcə ağac əkmək deyil.
Biz təbiəti qorumaqdan danışanda, uşaqlara məktəbə qədərdən etibarən bu tərbiyəni verməliyik.
Bizim ən vacib məsələmiz tullantıların birbaşa təbiətə atılması ilə bağlıdır. Hələ də zibilliklərdən istifadə edən şagirdləri görmürük.
Əgər onlar zibilləri yerə atırlarsa, məktəb olaraq şagirdlərdə ekoloji təbiəti formalaşdıra bilmirik.
Yaşıl təhsil deyəndə bunun mahiyyəti ondan ibarətdir ki, əgər 4.432 ali təhsil müəssisəsindəki 1,6 milyon tələbədən hər biri gündə bir dəfə zibilləri yerə atsalar və ya təbiətdə yavaş həll olunan tullantılar atılsa, bu, təbiətə ciddi ziyan vura bilər.