Kamran Əsədovun növbəti məhkəmə prosesi keçirilir

12.03.2026

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

"Unikal"ın məlumatına görə, proses bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baş tutub. Prosesdə təqsirləndirilən şəxslər tanınmış təhsil eksperti  Kamran Əsədov  və Gündüz Abbasov, həmçinjn şahidlər, zərərçəkmişlər və DİM nümayəndələri iştirak edirlər. Hazırda prosesdə şahidlər dindirilir.

Qeyd edək ki, yanvarın 23-də tanınmış təhsil eksperti Kamran Əsədov məhkəmə zalından həbs edilib.

Tural Əhmədov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью