Icma.az, Azvision portalına istinadən məlumat verir.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri professor Kamran Musayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, uzun illər ərzində Mərkəzi Klinikada bu əməliyyatları icra etmək üçün hazırlaşılıb və artıq buna proqram şəklində başlanılıb: "Yəni bu, davamlı bir proqram olacaq. Artıq bildiyiniz kimi, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinə bu əməliyyata ehtiyacı olan xəstələri göndəririk, onlar rəsmi qeydiyyata düşürlər və hazırda gözləmə siyahısında olan xəstələrimiz mövcuddur".
Kamran Musayev deyib ki, donorluqla bağlı işin sosial psixoloji aspektindən sonra tibbi cərrahi mərhələsi başlayır: "2025-ci ildə iki xəstəyə ürək tranplantasiyası əməliyyatını ilk dəfə icra etdik. İnanıram ki, bütün azərbaycanlılar bununla qürur duyurlar. Ölkəmiz bununla Qafqazda liderliyini təsdiq etdi. Bu, səhiyyəmizin tarixi uğurudur. Bu davamlı proqram olacaq. Əməliyyatlatı mütəmadi icra etmək üçün donorlara ehtiyac var. İnsanları donor olmağa dəvət edirəm. Bu gün gözləyən onlarlq xəstənin ümidi donorlardır".
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Onun sözlərinə görə, uzun illər ərzində Mərkəzi Klinikada bu əməliyyatları icra etmək üçün hazırlaşılıb və artıq buna proqram şəklində başlanılıb: "Yəni bu, davamlı bir proqram olacaq. Artıq bildiyiniz kimi, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinə bu əməliyyata ehtiyacı olan xəstələri göndəririk, onlar rəsmi qeydiyyata düşürlər və hazırda gözləmə siyahısında olan xəstələrimiz mövcuddur".