Kamran Ramazanlı: Qərb Gürcüstanı qeyrisabitliyə sürükləməyə çalışır | Icma.az
Icma.az, Apa.az saytına istinadən bildirir. Qərbin Gürcüstanla bağlı planının həyata keçməsi Cənubi Qafqazda sabitliyə böyük təhlükə yaradar
Bunu APA-ya açıqlamasında SOYDAŞ İctimai Birliyinin sədri Kamran Ramazanlı bildirib.
SOYDAŞ İctimai Birliyinin sədri deyib ki, Qərbin Gürcüstanda QHT maliyyələşdirmə mexanizmi vasitəsilə dövlət içərisində öz dayaqlarını qurması və öz gündəliyini qəbul etdirməyə çalışması da sirr deyildi.
Gürcüstan hakimiyyəti də məhz buna görə Qərbin, onun ölkədəki qüvvələrinin (QHT və s.) əməllərinə qarşı tədbirlər görüb və hələ bir müddət əvvəl “Xarici təsirin şəffaflığı haqqında” qanun qəbul edilib: Parlament seçkilərindən sonra baş verən proseslər göstərir ki, Qərb niyyətinə nail olmaq üçün vətəndaş qarşıdurması və hətta prosesin vətəndaş müharibəsi həddinə qədər çatdırılmasından çəkinmir.
QHT-çilərdən ibarət ifrat Qərbyönümlü dəstələrin, LGBT və ifrat liberal sağçı düşərgələrin yaradılması təsadüfi deyil.
QHT-lər vasitəsilə cəmiyyətə mənfi təsirlər o qədər çoxalıb ki, bu gün siyasi müzakirələrdə Gürcüstanın ərazi bütövlüyü, itirilmiş torpaqların geri qaytarılması müzakirə mövzusu deyil.
İdeoloji əsasda gürcü xalqının milli kimliyi və qürurunun, tarixinin və adət-ənənələrinin arxa plana keçməsi və onun yerinə yad LGBT və ifrat sağçı qüvvələrin ön plana atılması səyləri göz önündədir”.
Kamran Ramazanlı qeyd edib ki, Qərbin arzusu Gürcüstanda 2014-cü ilin Ukrayna ssenarisinin təkrarı, küçə döyüşləri ssenarisi, polisə qarşı zorakılıqdır: “Gürcüstana Şərqi Avropa və əsasən də Baltik ölkələrindən çoxlu sayda təxribatçılar gətirilib və onların arasında silahlı təxribatçıların da olması istisna deyil.
Tam oxu
Xəbəri oxu