Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Akyor, qiraətçi Kamran Yunis aktyorların əqidəsindən söz açıb.
Adalet.az yazır ki, o, insanlıq hissinin sənətdən də üstün olduğunu söyləyib:
“Mən həmişə deyirəm ki, özümü aktyor hesab etmirəm. Mən özümü insan hesab edirəm. Mən insan kimi yaşamaq istəyirəm.
Aktyorun haqqı yoxdur ki, kiminsə qarşısında əyilsin. Heç padşahın qarşısında əyilməyə də haqqı yoxdur. Allah başqasına nə verib bilmirəm, amma aktyora ruh verib. Aktyor yaradıcıdır, yaradandır. Allah sənətkarları öz timsalında özünəbənzər bir varlıq kimi yardıb ki, “aktyor, sən yarada bilərsən”.
Allahın verdiyi o istedadı biz bəzən mütrüflüyə istifadə edirik. Ruhun sərbəst yaradıcılığını bir kənara qoyub, bədənin sərbəst yaradıcılığı arxasınca qaçırıq. “Artistlik etmə” kəlməsi ən nifrət etdiyim sözdür. Halbuki, artist insanların gözəl günündə onun məclisinin başında olur. Məclisin sonunda isə ona 10 manat verib, təpiklə yola salırlar. Ancaq bunu F.Poladova, H.Turabova etmək olarmı? Əlbəttə yox. Demək, insanların aktyora münasibəti aktyorun özündən aslıdır”.
Əntiqə