Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

27.07.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Dünya Kubokunun qalibi olub.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dünya və Avropa çempionu 50 metr məsafəyə tapançadan qarışıq atəş (P4) növündə keçirilən final yarışında 222 xal toplayaraq qızıl medala sahib çıxıb.
Bununla da Kamran Zeynalov Dünya Kubokunun qızıl medalını qazanıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью