Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kanada 2027-ci ildə Ukraynanın maliyyələşdirilməsində Avropa İttifaqına dəstək verməyə razılaşıb, lakin bu məqsədlə ən çoxu 500 milyon avro ayırmağa hazırdır.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Kanadanın Baş naziri Mark Karni Monrealda keçirilən Aİ-Kanada sammitinin yekunlarına dair mətbuat konfransında bildiriblər.
Ursula fon der Lyayen Kanadanın Ukraynanın maliyyələşdirilməsi üçün nəzərdə tutulan 90 milyard avroluq Avropa proqramında iştirak etməyə hazır olduğunu açıqlayıb.
Kanadanın ayıracağı vəsaitin həcmi ilə bağlı suala cavab verən Mark Karni ölkəsinin dəqiq 500 milyon avro təqdim edəcəyini bildirib.
Qeyd edək ki, Avropa Komissiyası daha əvvəl Ukraynanın 2027-ci ildə maliyyələşdirilməsi üçün 45 milyard avro ayrılacağını açıqlayıb.