Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-ın Kanada məhsullarına tətbiq etdiyi 50 faizlik tariflərə cavab olaraq Kanadanın elan etdiyi rüsumlar qüvvəyə minib.
Turkustan.az xəbər verir ki, “New York Times”ın (NYT) məlumatına görə, ümumi dəyəri təxminən 20 milyard dollar olan ABŞ mallarına yeni tariflər tətbiq edilib. Rüsumlar geyim, pendir, metal hissələr və taxta məmulatları da daxil olmaqla müxtəlif məhsulları əhatə edir.
ABŞ administrasiyası iyulun 21-də Kanadadan idxal edilən müəyyən mallara 50 faizlik tarif tətbiq edəcəyini açıqlamışdı. Vaşinqton Kanada tərəfinin Amerika məhsullarına qarşı “ayrı-seçkilik” siyasəti həyata keçirdiyini iddia etmişdi.
Kanada isə avqustun 25-də ABŞ-ın təxminən 20 milyard dollar dəyərində Kanada məhsullarına tətbiq etdiyi 50 faizlik tariflərə cavab verəcəyini açıqlayıb. Ottavanın qərarına əsasən, sentyabrın 8-dən ABŞ mallarına məhsul kateqoriyasından asılı olaraq 15, 25 və ya 50 faizlik rüsumlar tətbiq olunur.
Aytən Yaşar/ Turkustan.az