Kanada ABŞ nin rüsumlarına qarşı iddia qaldırdı

06.03.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kanada Ümumdünya Ticarət Təşkilatının (ÜTT) mübahisələrin nizamlanması orqanında ABŞ gömrük rüsumlarına qarşı iddia qaldırıb.

Oxu.Az xəbər verir ki, bu barədə ÜTT-nin bəyanatında deyilir.

Bildirilir ki, Kanada ABŞ-nin Kanada mənşəli mallara tətbiq etdiyi yeni tarif tədbirləri ilə əlaqədar ÜTT-də mübahisələrin həlli çərçivəsində Birləşmiş Ştatlar ilə məsləhətləşmələrin başlanılmasını istəyib.

İddia ərizəsi martın 5-də ÜTT üzvlərinə göndərilib.

Xatırladaq ki, ABŞ Kanada və Meksikadan malların idxalına 25 faizlik rüsumlar tətbiq edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью