Kanada ABŞyə enerji tədarükünü kəsə bilər

12.12.2024

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

"Trampın tariflər tətbiq edəcəyi təqdirdə Kanada ABŞ-yə enerji tədarükünü kəsəcək".

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bunu Ontario əyalətinin rəhbəri Daq Ford deyib.

Onun sözlərinə görə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bütün Kanada mallarına 25% rüsum tətbiq etmək qərarına gələrsə, Kanada ABŞ-yə elektrik enerjisi və enerji təchizatını kəsəcək:

"Biz arsenalımızdakı bütün vasitələrdən, hətta onları təmin etdiyimiz enerji resurslarından ayırmağa qədər istifadə edəcəyik".

Qeyd edək ki, Kanada öz neftinin təxminən 60%-ni, eləcə də elektrik enerjisinin 85%-ni ABŞ-yə ixrac edir. Noyabrın 25-də Tramp prezident kimi fəaliyyətə başladığı ilk gündə qeyri-qanuni immiqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar Kanada və Meksikadan gələn bütün mallara 25% rüsum tətbiq edəcəyini açıqlamışdı. 

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью