Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Kanada Bankı faiz dərəcəsini dəyişməz saxlayıb.
Banco.az xəbər verir ki, Kanada Mərkəzi Bankının sədri Tiff Maklemin rəhbərliyi altındakı siyasətçilər bazarların və “Bloomberg”in iqtisadçılar arasında keçirdiyi sorğunun ümumi gözləntilərinə uyğun olaraq, çərşənbə günü keçirilən ikinci iclasda da uçot faiz dərəcəsini 2,25 faiz səviyyəsində sabit saxlayıblar.
Maklem çıxışı zamanı Kanada iqtisadiyyatının ABŞ-nin proteksionist siyasətinin yaratdığı struktur maneələrə uyğunlaşdığını bildirib. O, həmçinin vurğulayıb ki, idarəetmə şurası artan qeyri-müəyyənliyin uçot faizində növbəti dəyişikliklərin vaxtını və ya istiqamətini proqnozlaşdırmağı çətinləşdirdiyi qənaətindədir.
Rəsmilər vəziyyətin dəyişməsi üçün iqtisadi görünüşün əhəmiyyətli dərəcədə dəyişməsinin vacib olduğunu qeyd edərək, zərurət yarandığı halda qarşı tədbirlər görməyə hazır olduqlarını bildiriblər.
Bizi sosial şəbəkələrdən izləyin!!