Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fransa Prezidenti Emmanuel Makronun günəş eynəyi ilə çıxışından sonra Kanada Baş naziri Mark Karninin Davosda etdiyi çıxış Zirvə Toplantısını son illərin ən gərgin və kritik toplantılarından birinə çevirdi.
Turkustan.az xəbər verir ki, Karni bildirib ki, ABŞ-ın rəhbərlik etdiyi qlobal idarəetmə sistemi böyük güclər arasında artan rəqabət və qaydalara əsaslanan nizamın zəifləməsi fonunda “dağılma mərhələsi”nə daxil olub.
Dünya İqtisadi Forumunda, ABŞ prezidenti Donald Trampın Davosa gəlişindən bir gün əvvəl çıxış edən Karni Trampın adını çəkmədən vurğulayıb ki, dünya artıq əvvəlki normal vəziyyətə qayıtmayacaq.
Onun sözlərinə görə, mövcud sistemdə güclü dövlətlər iqtisadi inteqrasiyanı təzyiq alətinə çevirir və qlobal parçalanma dərinləşir.
Karni xəbərdarlıq edib ki, Kanada kimi orta güclər artıq harmoniyanın təhlükəsizlik gətirəcəyinə ümid edə bilməzlər.
“Biz bu yeni reallığa uyğunlaşmalıyıq. Ya daha hündür divarlar tikəcəyik, ya da orta dövlətlər birlikdə hərəkət edəcəyik.
Əks halda, masada yox, menyuda olacağıq”, – deyə o qeyd edib.