Kanada Çini Arktikada kəşfiyyat məlumatları toplamaqda günahlandırıb AzPolitika onlayn siyasiictimai qəzet

24.11.2024

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çinin Arktikadakı fəaliyyəti elmi tədqiqatların hüdudlarını aşır, onlarlar regionda kəşfiyyat məlumatları toplayır.

“Report” xarici KİV-ə xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Uilyam Bler Halifaksda təhlükəsizlik forumu zamanı bildirib.

"Çin Arktikada iki üsulla işləyir. Birincisi - iqtisadi təzyiq, oradakı infrastruktura investisiyalar vasitəsilə. İkincisi isə elmi tədqiqat adlandırdıqları vasitə ilə", - nazir deyib.

Onun sözlərinə görə, Kanada onların Arktikada təkcə elmi tədqiqat məqsədilə deyil, mövcudluğunun artımını müşahidə edir.

"Onlar dəniz dibinin xəritəsini çıxarırlar və kəşfiyyat məlumatları toplayırlar", - Bler vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью