Kanada heç vaxt ABŞ ın 51 ci ştatı olmayacaq Baş nazir

12.02.2025

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Baş nazir Castin Trüdo bir daha bəyan etdi ki, Kanada heç vaxt ABŞ-a 51-ci ştat olaraq qoşulmayacaq.

Bizimyol.info xəbər verir ki, bunu Trüdo Brüsseldə jurnalistlərlə görüşü zamanı bildirib.

"Mən çox açıq danışmaq istəyirəm: Kanada heç vaxt Amerika birləşmiş Ştatlarının 51-ci ştatı olmayacaq.

Bu birləşmə heç vaxt və heç bir dövlətlə mövcud olmayacaq olmayacaq", - deyə qeyd edib. Onun çıxışı Kanada televiziya kanallarında yayımlanıb.

Kanadanın baş naziri eyni zamanda qeyd edib ki, Ottava Amerika prezidenti Donald Trampın bu cür bəyanatlarına çox ciddi yanaşır.

Fevralın 9-da Tramp Kanadanı kifayət qədər müdafiə xərcləri olmayan “yararsız ölkə” adlandırıb və yenidən onun Amerikanın 51-ci ştatı olmasını təklif edib. Elə həmin günün əvvəlində ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uols Ağ Evin Kanadaya müdaxilə etməyi planlaşdırmadığını söyləyib.

Tramp dəfələrlə bir çox kanadalıların ölkələrinin Amerikanın 51-ci ştatı olmasının tərəfdarı olduğu fikrini bildirib. O hesab edir ki, belə birlik Kanadaya iqtisadi sabitlik gətirəcək və onu ABŞ prezidentinin sözlərinə görə, Rusiya və Çindən gələn xarici təhlükələrdən qoruyacaq. Trüdo əvvəllər də ölkəsinin ABŞ-ın 51-ci ştatı olmayacağını bəyan edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью