Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi

14.08.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Kanada İranın beş yüksək vəzifəli məmuruna qarşı sanksiyalar tətbiq edib.

Moderator.az xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Anita Anand bildirib.

Ottavanın məhdudlaşdırıcı tədbirləri xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərini hədəf alıb. Sənəddə sanksiyaların mühüm beynəlxalq su yolunu təhdid edən və Hörmüz boğazında naviqasiya azadlığına mane olan hərəkətlərə görə tətbiq edildiyi bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью