Kanada klubunun futbolçusu yenidən İtaliya A Seriyasında çıxış edə bilər

08.01.2025

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kanadanın "Toronto" klubunun futbolçusu Lorentso İnsinye yenidən İtaliya A Seriyasında çıxış edə bilər.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı vinger "Monts"a klubuna təklif olunub.

Hazırda tərəflər arasında danışıqlar gedir.

Qeyd edək ki, "Napoli"nin yetirməsi olan Lorentso İnsinye 2010-2022-ci illərdə əsas komandada çıxış edib və iki dəfə ölkə kubokuna sahib çıxıb. O, həmçinin 2021-ci ildə İtaliya millisinin heyətində Avropa çempionu olub.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью