Kanada millisinin kapitanı ilk matçı buraxacaq

12.06.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kanada millisinin kapitanı ilk matçı buraxacaq

Kanada millisinin kapitanı Alfonso Devis DÇ-2026-nın açılış matçını buraxacaq.

QOL.az xəbər verir ki, “The Athletic” nəşrinin məlumatına görə, “Bavariya”nın futbolçusu PSJ ilə Çempionlar Liqası yarımfinalında aldığı dizaltı vətər zədəsindən sonra hələ tam sağalmayıb.

Devis mayın 31-də Kanada yığmasının düşərgəsinə qoşulsa da, fərdi proqram üzrə məşqlərə davam edir.

Baş məşqçi Cessi Marş bildirib ki, futbolçunun vəziyyəti yaxşılaşsa da, hələ oyuna hazır deyil:

Qeyd edək ki, Kanada yığması bu gün Bosniya və Herseqovinaya qarşı DÇ-2026-nın ilk matçına çıxacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью