Kanada mundialda ilk xalını qazandı 40 illik həsrət bitdi

13.06.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kanada millisi dünya çempionatları tarixində ilk dəfə xal qazanıb.

Apasport.az xəbər verir ki, Şimali Amerika təmsilçisi buna DÇ-2026-nın qrup mərhələsində nail olub.

Bosniya və Herseqovina ilə heç-heçə edən Kanada mundial tarixində 7-ci oyununda ilk xalını aktivinə yazdırıb.

Kanada daha əvvəl dünya çempionatlarında keçirdiyi 6 oyunun hamısında məğlub olmuşdu.

Komanda ilk dəfə 1986-cı ildə Meksikada keçirilən mundialda iştirak edib. Həmin turnirdə Kanada Fransa, Macarıstan və SSRİ yığmalarına uduzub.

Kanadalılar mundiala 36 illik fasilədən sonra 2022-ci ildə qayıdıblar. Qətərdə keçirilən dünya çempionatında Belçika, Xorvatiya və Mərakeşlə eyni qrupda yer alan komanda yenə xal qazana bilməyib.

Kanadanın dünya çempionatlarındakı nəticələri:

DÇ-1986 Fransa – Kanada 1:0
Macarıstan – Kanada 2:0
SSRİ – Kanada 2:0
DÇ-2022 Belçika – Kanada 1:0
Xorvatiya – Kanada 4:1
Kanada – Mərakeş 1:2
DÇ-2026 Kanada – Bosniya və Herseqovina 1:1

Qeyd edək ki, Kanada yığması dünya çempionatları tarixində keçirdiyi 7 oyunda 1 heç-heçə edib, 6 dəfə məğlub olub. Komanda hələlik mundiallarda qələbə qazanmayıb.

Levandovski qərarını verdi - Ulduz futbolçu ABŞ-yə gedir “Sambaçılar”a Neymar şoku - Qrup mərhələsində oynamayacaq Acun Ilıcalı Ərdoğanla görüşdü İnfantino İtaliyanı ələ saldı: “Bəlkə, 64 komanda olsa, vəsiqə qazana bilərlər” Degenekdən Türkiyə sözləri: “Onların DÇ təcrübəsi yoxdur”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью