“Kanada real ölkə deyil” Mask

25.02.2025

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


ABŞ Administrasiyasının Hökumətin Səmərələliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask minlərlə kanadalının onun vətəndaşlıqdan məhrum edilməsini tələb edən petisiyanı imzalamasından sonra Kanadanı “saxta ölkə” adlandırıb.
Yeniavaz.com
xəbər verir ki, o, sosial şəbəkə istifadəçisinin petisiya ilə bağlı paylaşımına “X” səhifəsində, “Kanada real ölkə deyil”, - sözləri ilə cavab verib.
Belə ki, Kanada Parlamentinin İcmalar Palatasının (aşağı palata) rəsmi saytında Maskın ölkənin maraqlarına zidd fəaliyyətlə məşğul olması ilə əlaqədar onun Kanada vətəndaşlığından məhrum edilməsini tələb edən petisiya dərc olunub.
İmzaların toplanması fevralın 20-də başlayıb və iyunun 20-dək davam edəcək.
Bu günə qədər petisiyanı 230 minə yaxın insan imzalayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью