Kanada Rusiyada viza verilməsini dayandırıb

31.01.2026

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

“Mərkəzlər pasportları və ya viza müraciətləri üçün sənədləri qəbul etmir"

Rusiyada Kanada viza müraciət mərkəzləri 28 yanvardan etibarən viza müraciətlərinin qəbulunu dayandırıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Kanada hökumətinin rəsmi saytında bildirilib.

Bəyanatda deyilir: "Rusiyada viza müraciət mərkəzləri açıq qalır, lakin artıq pasportları və ya viza müraciətləri üçün sənədləri qəbul etmir".

Bu qərarın səbəbləri izah edilməyib. Lakin Kanada hökuməti Rusiya vətəndaşlarına Rusiya xaricindəki viza müraciət mərkəzlərində giriş icazəsi üçün müraciət etməyi tövsiyə edir.

Rusiyada Kanada viza müraciət mərkəzləri Moskva, Sankt-Peterburq, Novosibirsk, Rostov-na-Donu və Yekaterinburqda fəaliyyət göstərir. Bu mərkəzlərdə hələ də Kanada vizası üçün tələb olunan biometrik məlumatları təqdim etmək mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью