Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Kanada Rusiyanın Ukraynaya hücumu zamanı Polşa ərazisinə düşən raketlərlə bağlı Rusiyanın Ottavadakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Sherg.az xəbər verir ki, Kanada Xarici İşlər Nazirliyinin açıqlamasında Rusiyanın Polşadakı raket hücumlarının pisləndiyi bildirilib.
Qeyd olunub ki, sözügedən hücumlar arzuolunmaz gərginlik riskini artırır.
Kanada həmçinin müttəfiqlərinin yanında olduğunu vurğulayaraq, NATO ərazisinin müdafiəsinə və Ukraynaya dəstəyə tam sadiq qaldığını bildirib.
Polşa rəsmiləri Rusiyanın Ukraynaya hücumu zamanı noyabrın 20-də Polşanın hava məkanını pozaraq ölkə ərazisinə düşən 3 obyektin Rusiyaya məxsus qanadlı raketlər olduğunu açıqlayıb. Onlar raket qalıqlarının da tapıldığını bildiriblər.