Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kanadanın Baş naziri Mark Karni Donald Tramp administrasiyası ilə qarşılıqlı faydalı ticarət sazişi əldə edə bilməyəcəkləri təqdirdə, ABŞ-da yeni prezidentin seçilməsini gözləməyə hazır olduqlarını bildirib.
Bizim.Media xəbər verir ki, Karni bu barədə “Politico”ya müsahibəsində danışıb.
O, ABŞ-la razılaşmanın yaxşı nəticə ilə sona çatacağını arzulayıb.
Kanada hökumətinin başçısı Vaşinqtonun Rusiya-Ukrayna müharibəsi ilə bağlı dəyişkən siyasətini də tənqid edib. Onun sözlərinə görə, ABŞ-ın Moskvaya qarşı sanksiyalar və Kiyevə müdafiə vasitələrinin tədarükü məsələsindəki qeyri-sabit mövqeyi heç bir fayda vermir.
Karni, həmçinin ABŞ-ın diplomatik təxribatlarından kanadalıların yorulduğunu bildirib.
Bizim.Media