Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kanada Ukraynanın hava hücumundan müdafiə (HHM) imkanlarını gücləndirmək məqsədilə Kiyevə ABŞ istehsalı olan AIM tipli raketlər tədarük edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fedorov “X” sosial şəbəkəsində məlumat verib.
Nazir raketlərin dəqiq sayını açıqlamasa da, tədarük prosesinin artıq başladığını bildirib. Onun sözlərinə görə, kanadalı həmkarı Devid MakGinti ilə telefon danışığı zamanı pilotsuz uçuş aparatlarının birgə istehsalı, hərbi hazırlıq və iki ölkənin orduları arasında döyüş təcrübəsinin mübadiləsi məsələləri də müzakirə olunub.
Nuriyyə NATİQQIZI