Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
"Qrenlandiyanın gələcəyi ilə bağlı qərarlar yalnız ada sakinləri və Danimarka xalqı tərəfindən verilə bilər".
APA xəbər verir ki, bu, Kanada və Danimarkanın baş nazirləri Mark Karni və Mette Frederiksen arasında baş tutan telefon danışığından sonra verilən açıqlamada öz əksini tapır.
"Baş nazir Karni və baş nazir Frederiksen suverenlik və ərazi bütövlüyünün fundamental prinsiplərini dəstəklədiklərini bir daha təsdiqləyiblər və Qrenlandiyanın gələcəyi ilə bağlı qərarların yalnız Qrenlandiya və Danimarkaya aid olduğunu təkrarlayıblar", - Karninin ofisi tərəfindən yayılan açıqlamada bildirilir.