“Kanada və Meksikadan idxala tariflər martın 4 dən qüvvəyə minəcək” Tramp

27.02.2025

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


ABŞ Prezidenti Donald Tramp martın 4-də Kanada və Meksikadan idxala 25 faizlik gömrük rüsumlarını, eləcə də Çindən idxala əlavə 10 faizlik rüsum tətbiq etməyi planlaşdırdığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində məlumat yayıb.
Tramp deyib ki, narkotiklər Meksika və Kanadadan ABŞ-yə çox böyük və qəbuledilməz miqdarda axmağa davam edir:
“Biz bu pisliyin Birləşmiş Ştatlara zərər vurmağa davam etməsinə icazə verə bilmərik və buna görə də dayandırılana və ya ciddi şəkildə məhdudlaşdırılana qədər, martın 4-ündə qüvvəyə minəcək təklif olunan rüsumlar həqiqətən planlaşdırıldığı kimi qüvvəyə minəcək. Həmin gün Çinə də əlavə 10 faiz rüsum tətbiq olunacaq”, - Tramp bildirib.
Xatırladaq ki, Donald Tramp fevralın 2-də Kanada və Meksikadan idxala 25 faiz, Çindən idxala isə 10 faiz rüsum tətbiq edəcəyini açıqlayıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью