Kanada və meksikalıların 50 faizdən çoxu ABŞ ı əsas təhlükə adlandırıb

09.07.2025

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

...Və həmçinin digər ölkələrin vətəndaşları da əsas təhlükə kimi ABŞ-ı seçiblər.

Sorğu martın 24-dən 30-dək onlayn rejimdə aparılıb.

SİA-xəbər verir ki, Pew Araşdırma Mərkəzinin sorğusuna əsasən, Kanada və Meksika əhalisinin yarıdan çoxu ABŞ-ı ölkələri üçün əsas təhlükə adlandırıb.

Araşdırmaya görə, 2019-cu ildən bəri ABŞ-ı əsas təhlükə hesab edən kanadalıların payı təxminən üç dəfə artaraq 20-dən 59 faizə çatıb.

Bu rəqəm Meksika vətəndaşları arasında da artaraq 56-dən 68 faizə yüksəlib.

Bundan əlavə, İndoneziyalıların 40 faizi, Cənubi Afrikalıların 35 faizi, Braziliyalıların 29 faizi və Argentinalıların 24 faizi öz ölkələri üçün əsas təhlükə olaraq ABŞ-ı seçiblər.

Qeyd etdiyimiz kimi, sorğu martın 24-dən 30-dək onlayn rejimdə 3600 nəfər arasında keçirilib.

Statistik səhv 1,9 faiz təşkil edib.

Bundan əvvəl Kanada ABŞ-dan yan keçməklə daha bir neft kəməri çəkməyi planlaşdırırdı.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью