Kanadada “Amerikano” qəhvəsinin adını dəyişdilər

26.02.2025

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.

Kanadanın bir neçə aparıcı qəhvəxanası ABŞ prezidenti Donald Trampın siyasətinə etiraz olaraq menyularında Amerikano qəhvəsinin adını Kanadiano olaraq dəyişib.

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə The Washington Post  məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, kanadalılar  Vaşinqtonun Ottavaya qarşı idxal mallarına rüsum tətbiq etmək niyyətindən, həmçinin  Kanadanı  ABŞ-ın 51-ci ştatına çevirmək istəyini dəfələrlə bəyan edən Trampın ritorikasından narazıdırlar.

 Elcan

Missiya. Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью