Kanadada da tələbələr ayağa qalxdılar Video

14.11.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Kanadada təhsil haqlarının, mənzil kirayəsinin və ərzaq qiymətlərinin kəskin artması genişmiqyaslı tələbə etirazlarına səbəb olub.
Bizim.Media xəbər verir ki, ən gərgin vəziyyət Monreal şəhərində yaşanıb.
Burada küçə yürüşü hüquq-mühafizə orqanları ilə nümayişçilər arasında toqquşmalara çevrilib.
Etirazçılar universitetlərə dövlət maliyyəsinin artırılmasını və tələbələrə maddi dəstək sisteminin yenidən nəzərdən keçirilməsini tələb ediblər.
Nümayişi dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə etməli olub. İğtişaşlar nəticəsində bir neçə binaya və park edilmiş avtomobillərə ziyan dəyib, aksiyanın üç iştirakçısı saxlanılıb.

Bizim.Media 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью