Kanadada da təyyarə eniş zamanı yandı

29.12.2024

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kanadada “Air Canada” aviaşirkətinə məxsus təyyarə Halifaks şəhərinin hava limanına qəza enişi edib. 

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisəyə səbəb təyyarənin şassi hissəsində problemin yaranması olub. 

Nəticədə təyyarə eniş edərkən onun qanadı uçuş-enmə zolağına çırpılıb və yanıb. 

Hadisə zamanı xəsarət alan olmayıb.

İnsident səbəbindən Halifaks aeroportu müvəqqəti olaraq bağlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью