Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Bizimyol.info xəbər verir ki, bu barədə "CBC News" məlumat yayıb.
Şirkətdən bildirilib ki, qərar son günlər ödənişli donor təhlükəsizliyi və prosedurdan əvvəl donorların sağlamlıq vəziyyətinin yoxlanılması ilə bağlı yaranan ictimai narahatlıq fonunda qəbul edilib. "Grifols" plazma toplanmasını Kanada Səhiyyə Nazirliyi və Kanada Qan Xidməti ilə məsləhətləşmələrdən sonra bərpa etməyi planlaşdırır.
Dayandırma qərarına Vinnipeq şəhərindəki müxtəlif "Grifols" klinikalarında plazma donorluğu zamanı baş verən mənfi reaksiyalar nəticəsində iki donorun ölümü səbəb olub.
Bundan əlavə, Kanada Səhiyyə Nazirliyinin son yoxlaması zamanı donorların müayinəsi və təhlükəsizliyinə nəzarət prosedurlarında müəyyən problemlər aşkarlanıb.
Federal məlumatlara görə, 2018-ci ildən etibarən "Grifols" mərkəzlərində 25 ciddi mənfi reaksiya qeydə alınıb. Avqustun 12-də Kanada Səhiyyə Nazirliyi şirkətin Vinnipeqdəki klinikalarından birinə “tələblərə uyğun deyil” qiyməti verib.
Nazirlik bildirib ki, klinika zəruri hallarda kifayət qədər tənzimləyici və profilaktik tədbirlər görməyib.
Plazma toplanmasının dayandırılması 14 avqust, cümə günü qüvvəyə minib. Kanada qaydalarına əsasən, donorun ölümü və ya ciddi mənfi reaksiyalarla bağlı hallar səhiyyə orqanlarına bildirilməlidir.
Bizimyol.info