Kanadada dövlət işçilərinə hicab və xaç taxmaq qadağan olundu

28.11.2026

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Kanadanın ali məhkəməsi dövlət sektorunda çalışan işçilərin hicab və xaç da daxil olmaqla dini simvollar taxmasını qadağan edən Kvebek qanununu, əsasən, qüvvədə saxlayıb.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, “Bill 21”vadlanan bu qanun müxtəlif qruplar tərəfindən məhkəmə mübahisəsinə çıxarılıb.
Həmin qruplar arasında müsəlman, siqh və katolik qadın müəllimlər də var idi. Onlar qanunun fundamental hüquqlarını pozduğunu iddia edirdilər.
Kvebek 2019-cu ildə Kanadanın Konstitusiyasının xüsusi mexanizmi olan “notwithstanding clause” (hüquqlara istisna müddəası) əsasında bu qanunu qəbul edib. Bu hüquqi mexanizm hökumətlərə din azadlığı kimi müəyyən hüquqları məhdudlaşdırmağa və ya onlara dair konstitusion təminatları qüvvədən salmağa imkan verir.
Ali Məhkəmənin qərarı Kanada tarixində ən çox diqqət çəkən qərarlardan biri hesab olunur.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью