Icma.az, 525.az portalına istinadən məlumat verir.
Kanadanın Kvebek şəhərində özəl helikopter havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
525.az “CBC News”a istinadən xəbər verir ki, əyalət polisi özəl helikopterin Monreal yaxınlığındakı Sainte-Brigide-d'Iberville ərazisində qəzaya uğradığını açıqlayıb.
Bildirilib ki, göyərtədəki 4 nəfərin hamısı həlak olub.
Qəza ilə bağlı araşdırma başlayıb.
İbrahim Cəfərov