525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kanadanın Alberta şəhərindəki Wainwright Hərbi Bazasında yanğın baş verib.
525.az “CBC News”a istinadən xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Devid MakQinti bildirib.
O, yanğında ölən və yaralananların olduğunu söyləsə də, yanğının səbəbi ilə bağlı açıqlama verməyib.
Alovla mübarizəyə çoxsaylı yanğınsöndürmə və təcili yardım briqadaları cəlb edilib və sakinlərə ərazidən uzaq durmaq, eləcə də təcili yardım maşınlarının keçidinə mane olmamaq tövsiyə olunub.
Kanada Silahlı Qüvvələri və Kanada Kral Atlı Polisi (RCMP) hadisənin səbəbini və təfərrüatlarını araşdırır.
İbrahim Cəfərov