Kanadada Maskın vətəndaşlığının ləğvi üçün kampaniya başladılıb

26.02.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Kanadada ölkənin milli maraqlarına zidd fəaliyyət göstərməsi səbəbilə İlon Maskın vətəndaşlığının ləğvi üçün başlanan petisiyada indiyədək 240 mindən çox imza toplanıb.

APA xəbər verir ki, fevralın 23-də yazıçı Qualia Reed İlon Maskın vətəndaşlığını ləğv etmək üçün petisiya başladıb.

Kampaniya haqqında məlumat Kanada parlamentinin saytında yerləşdirilib.

İndiyə qədər petisiyaya 240 mindən çox kanadalı imza atıb.

Məsələyə “X” hesabında münasibət bildirən Mask Kanadanın həqiqi ölkə olmadığını yazıb.

Müraciət iyunun 20-dəparlamentin aşağı palatası olan İcmalar Palatasına təqdim olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью