Kanadada məktəbə silahlı basqında 9 nəfər öldürülüb

11.02.2026

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kanadanın Tumbler Ridge şəhərində məktəbdə atışma nəticəsində hücum edən daxil 9 nəfər həlak olub.

Reyting.az xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

Məlumatda deyilir ki, qurbanlardan altısının cəsədi birbaşa məktəbdə tapılıb, digəri xəstəxanaya aparılarkən təcili yardım maşınında ölüb.

Polis məktəbin yaxınlığındakı yaşayış binasında daha iki nəfərin meyitini aşkar edib. Onların da məktəbdəki atışma ilə əlaqəli olduğu güman edilir.

V. QULİYEV


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью