Kanadada meşə yanğını: 20 mindən çox sakin təxliyə edildi

29.05.2025

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Kanadanın Alberta, Manitoba və Saskaçevan əyalətlərinin 20 mindən çox sakini meşə yanğınları səbəbindən təxliyə olunub.

Bakupost.az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Məlumata görə, təbii fəlakət ən çox 17 min sakininin məcburi təxliyə göstərişi aldığı Manitobaya təsir edib.

Sakinlər hava yolu ilə Vinnipeq (Manitoba) və Saskatun (Saskaçevan) kimi böyük şəhərlərə təxliyə edilir.

İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью