Kanadada meşə yanğınları 400 dən çox evi məhv edib

04.06.2025

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Kanadanın Saskaçevan əyalətində meşə yanğınları 400-dən çox evi məhv edib, 2 mindən çox insan təxliyə olunub.

Trend xəbər verir ki, bu barədə CBC məlumat yayıb.

Əyalətin baş naziri Skott Mo bildirib ki, yaxın zamanda təbii fəlakət zonasından təxliyə olunanların sayı 15 min nəfərə çatacaq.

Bölgədə, eyni zamanda, 21 aktiv yanğın ocağı mövcud olub, yanğınsöndürənlər onlardan ancaq səkkizini lokallaşdırmağa nail olublar.

Qeyd edək ki, Kanadanın iki əyalətində (Saskaçevan və Manitoba) meşə yanğınları ilə əlaqədar mayın 30-da fövqəladə vəziyyət elan olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью